Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.
“Report”un cənub bürosunun məlumatına görə, dava zamanı iki nəfər bıçaqlanıb.
30 yaşlı Ümüd Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev bir-birinə bıçaq xəsarətləri yetiriblər. Tərəflər arasında baş verən mübahisə zamanı səslənən təhqiramiz ifadələr nəticədə bıçaqlanmaya səbəb olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 276