AXCP Gənclər Komitəsinə yeni sədr təyin edilib. Bu barədə partiya sədri Əli Kərimli sərəncamını feysbuk səhifəsində ictimailəşdirib:
“Daha bir istedadlı, bacarıqlı gənci partiyamızda irəli çəkdik. Bu gündən AXCP Gənclər Komitəsinə Emil Səlimov rəhbərlik edəcək. Çox gənc olmasına baxmayaraq, Emil bəy AXCP ailəsində özünü yaxşı təşkilatçı və gözəl natiq kimi təsdiq edə bilib. Ümid edirəm ki, AXCP Gənclər Komitəsinə uğurla rəhbərlik edəcək. Gənclər Komitəmizin bu günə qədər sədri olmuş İlham Hüseynə isə ürəkdən təşəkkür edirəm. İlham bəy ölkənin ən perspektivli gənc siyasətçilərindən biridir. Fəxrlə bildirirəm ki, İlham bəy artıq ölkə miqyaslı siyasətçidir. AXCP Gənclər Komitəsinin bu gün ölkədəki ən böyük gənclər təşkilatı olmasında onun müstəsna rolu var. İlham bəy AXCP Rəyasət Heyətinin üzvü kimi öz bacarıqlarından bütövlükdə partiyamızın inkişafı üçün istifadə edəcək. Gənc dostumuz Emil bəyə yeni vəzifəsində uğurlar arzulayaq!”.
Oxunub: 460