Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.
“Heç vaxt Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a”, – deyə prezident bildirib.
Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. “Onların dəqiq nə etdiklərini mən bilmirəm”, – deyə o bildirib.
Oxunub: 204