Xəbər verildiyi kimi, Bakıda, “Koroğlu” metro stansiyası yaxınlığında (Bəşir Bünyadov küçəsinin başlanğıcı) yeni tikilmiş hündürmərtəbəli bina sökülür.
Bu gün ərazidə olaraq əlavə məlumat almağa cəhd edib.
Bina ilə əlaqəli olan şəxslər əlavə məlumat almaq istəyənlərə çox məhdud məlumat verdiblər və söküntü barədə geniş danışmaq istəməyiblər. Özlərini şirkətin işçiləri kimi təqdim edən, lakin adlarını açıqlamayan şəxslər qeyd ediblər ki, binanın həmin yerdə tikilməsi uyğun görülmədiyi üçün sökülməsinə qərar verilib. Binanın sökülməsinə Bakı Şəhər İcra Hakimiyyəti qərar verib.
Onlar sahibkarın sökülən binaya görə kompensasiya alacağını bildiriblər.
Binanın iş mərkəzi kimi istifadə edilməsi nəzərdə tutulurdu.
Bunu da qeyd edək ki, sökülən binanın düz yanında yeni bir binanın tikintisinə başlanılıb. Bir bina sökülərkən, yaxınlıqda yeni bir binnın tikilməsi yeni suallar yaradır. (marja)
Oxunub: 364