AXCP sədrinin müavini, siyasi məhbus Fuad Qəhrəmanlının qızı Kanadanın Humber Universitetinə daxil olub. Bu haqda F.Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur FB səhifəsində yazıb: “Bu balaca qız, Selcan son illərin ən böyük sevincini yaşatdı mənə… Bu sabahı gözəl bir emaillə açdıq. Kanadanın Humber Universitetindən gəlmiş qəbul məktubu ilə… Beynəlxalq əlaqələr fakultəsini qazanmış… Təbrik edirəm Selcan, nə yaxşı ki, varsan və beləsən… Olduğun kimi qal, mənim balaca dostum!”
Qəzetimiz adından Selcanın uğuru münasibəti ilə həm onun özünü, həm də ailəsini təbrik edirik.
azadliq.info
Oxunub: 934