2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3 faiz bahalaşmışdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşmışdı.
Oxunub: 142