Oğurluğu əvvəllər məhkum edilimiş şəxsin törətdiyi məlum olub
Mingəçevir şəhərində ötən ilin sonlarında törədilən oğurluq hadisəsinin üstü açılıb. Belə ki, 2017-ci il oktyabr ayının 25-də Mingəçevir şəhər sakini, sahibkar Adil Yusifova məxsus dükandan təxminən 100 min manat dəyəri olan qızıl-zinət əşyaların oğurlanıb. Zərərçəkən bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı mənzilə baxış keçirilən zaman qızıl əşyaları və onların bir hissəsinin satışından əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb.
Xatırladaq ki, hadisə şəhərin mərkəzində – 20 Yanvar küçəsində yerləşən qızıl-zinət əşyaları dükanında baş vermişdi. Belə ki, Elnur Mahmudov Adil Yusifovun nahar fasiləsinə getməsindən istifadə edərək dükandan təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq qaçmışdı. E.Mahmudovun oğurluq anı dükanda quraşdırılmış təhlükəsizlik kamerasına düşmüşdü.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Azər
Oxunub: 44