ABŞ prezidenti Donald Tramp Reks Tillersonu ABŞ dövlət katibi vəzifəsindən istefaya göndərib.
Onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo əvəz edəcək.
D.Tramp “Twitter” səhifəsində işlədiyi müddətdə gördüyü işlərə görə R.Tillersona təşəkkür edib və yeni dövlət katibi M.Pompeonun bu vəzifədə uğurlu olacağına əminliyini qeyd edib.
MKİ-nin rəhbəri vəzifəsinə isə ABŞ tarixində ilk dəfə olaraq bir qadın – idarənin direktor müavini olmuş Cina Haspel təyin edilib.
azadliq.info
Oxunub: 584