Turan tv-nin əməkdaşı, “Xəbər var” proqramının aparıcısı Türkel Azərtürkün bacanağı Emin Saqiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha bir neçə ay uzadıblar. Bu barədə Türkel Azərtürk fb səhifəsində yazıb: “Eminin narkotiki kimdən “alıb”, kimə “satmaq istədiyi” 4 ayda hələ müəyyən edilə bilməyib. Biz ümid edirik ki, bu günlərdə müstəntiqin başına almadan (oxu: daş) zaddan düəcək və o da “Evrika!” (Tapdım!) deyib, işi məhkəməyə göndərəcək”.
Xatırladaq ki, Emin Saqiyev ötn ilin noyabr ayında həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsilə (narkotik vasitələrin külli miqdarda satışı) ittiham irəli sürüblər.
T.Azərtürk bildirir ki, bacanağının həbsi məhz onun siyasi mövqeyi, hökuməti tənqid edən mediada çalışması ilə əlaqəlidir.
Oxunub: 302