10 mart aksiyasının təşkilatçılarından olan 6 cəbhəçi gəncin apelyasiya şikayətinə baxılıb. Bu barədə AXCP Ali Məclis sədrinin müavini İradə Nəriman Facebook statusunda yazır:
“Martın 16-da axşam saat 17.00-dan sonra Bakı Apellyasiya Məhkəməsində AXCP funksionerinin məhkəməsi keçirilib. Onlardan 2-si 20 sutka, 4 nəfəri isə 15 sutka olmaqla saxta ittihamla inzibati cəza alıb.
Cəbhəçi gənclərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev həbsin qanunsuz olduğu, ittihamların saxtalığı barədə gətirdiyi əsaslı arqumentlər keçərli olmadı. Həmişə olduğu kimi bu dəfə də Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı”.
Azadliq.info
Oxunub: 32