Milli Şuranın sədri Cəmil Həsənli hökumətin növbəti dəfə təşkil etdiyi Qlobal Forumu iştirakçıların statusu və müzakirə olunan məsələlər baxımından əhəmiyyətsiz bir toplantı kimi dəyərləndirib:
“Azərbaycanın məsələlərin həll edə bilmirlər, qlobal məsələlərin həllindən dəm vururlar, işğal altında olan əraziləri azad edə bilmirlər, VI Bakı forumunda ümumbəşəri təhlükəsizliyin təmin olunmasından yekə-yekə danışırlar, öz ölkəsini siyasi məhbus düşərgəsinə çevirib, universal dəyərlərin təntənəsindən söz açırlar, 25 ildir ölkənin ərazilərinin 20 faizi işğal altındadır, nimdaş siyasətçilərindən ərazi bütövlüyünün tanınması haqqında arayış alırlar, Putini beynəlxalq hüququn təminatçısı elan edib, Avropanın “portifelsiz nazirləri” qarşısında tam müstəqillikdən vəcdə gəlirlər, ölkədə 1,6 milyon işləyən əhali olduğu halda, Artur müəllimin 1,9 milyon yeni iş yeri açmasını qlobal inkişafın dünya rekordu kimi təqdim edirlər, vətəndaşa 75 dollar əmək haqqı verib, hər sentinə əhalinin ehtiyacı olan milyonlarla dolları müasir siyasətə heç bir təsir imkanı olmayan, öz ölkələrində belə unudulmuş əski siyasətçilərə xərcləyirlər. Böyük pafosla “Qlobal” adlandırılan forumların əvvəlki V-i nəyi dəyişib ki, VI-cısı da nəyi dəyişsin? Bu forumlar da Azərbaycan xalqının boğazına, rahatlığına və cibinə qənim kəsilmiş İlham Əliyevin formulaları kimi formal bir şeydir, onun xarici siyasət “uğurudur””.
Oxunub: 390