Xeyli müddətdir sosial şəbəkələrdə Cəlilabad sakini Saməddin Məmmədovun prezident İlham Əliyrevə video-müraciətləri yayımlanır. Vətəndaş istintaq, məhkəmə və penitensiar orqanlarında başına gələnləri yana-yana ölkə ictimaiətinə çatdırır.
Cəlilabad sakini bir neçə il əvvəl oğlunun şərlənərək həbs olunduğunu deyir. İstintaqda ondan 10 min manat, məhkəmədə isə 20 manat rüşvət istənildiyini də qeyd edir. Oğlu Amid Məmmədovun idmançı olduğunu bildirən atası ona törətmədiyi əmələ görə verilən ağır cəzada Nəsimi rayon məhkəməsinin hakimi Babək Pənahovu daha çox günahlandırır.
Pentensiar Xidmətin 5 saylı Cəzaşəkmə müəssisəndə isə oğlunun qəsdən vərəmə yoluxdurulduğunu iddia edən Saməddin Məmmədov övladının talehindən həddindən artıq narahat olduğunu bildirib. O, öz çıxışında bildirib ki, artıq övladı qan qusur. Eləcə də, vətəndaçlarda hakimiyyət təmsilçilərinə qarşı qisasçılıq hissinin yaranmasına görə arxalı məmurların əməllərinin böyük rolunun olmasını qeyd edib.
Bu günlər də əməkdaşımız Cəlilabadda olarkən Saməddin Məmmədovla görüşüb və onun dediklərini videolentə alıb.
Adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Azadliq.info
Oxunub: 426