Rövşən Ağayev
Avtomobil parkının yaşı və növ tərkibi Azərbaycanda sosial təbəqələşmənin real mənzərəsini nümayiş etdirən bəlkə də yeganə rəsmi datadı.
Azərbaycanda minik avtomobili parkının cəmi 12.5%-i 5 ilə qədər olan maşınlardır. 2012-2013-cü illərdə bu göstərici 14% ətrafında olub. Böhranın təzə maşın idxalını azaltması öz təsirini göstərib.
Müqayisə üçün deyim ki, 5 ilə qədər yaşı olan minik maşınlarının ümumi avtoparkda payı hazırda Rusiyada 27%, Avropada 32-33% ətrafındadı.
Azərbaycanda istismar müddəti 10 ildən çox olan maşınlarn ümumi parkda payı 67% təşkil edir. 3 il əvvəl 65% olub.
Bu göstərici Rusiyada 48%, Avropada 36% ətrafındadı…
Oxunub: 440