Daxili İşlər Nazirliyi (DİN) “Azadliq.info” saytında Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşlarının əmək haqlarını vaxtında almadıqlarına görə xidməti postalara çıxmaq istəmədikləri barədə məlumata reaksiya verib. DİN-nin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, daxili işlər orqanlarında olduğu kimi, DİN-in önəmli struktur vahidi olan, özünümaliyyələşdirmə və təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərən, son illər fiziki və hüquqi şəxslərin əmlakının etibarlı qorunması sahəsində bir sıra uğurlar əldə edən mühafizə xidmətində də əmək haqları hər ay nəzərdə tutulan müddətdə və vaxtlı-vaxtında verilir: “Yazıda səslənmiş idiaların əksinə olaraq, məhz buna görə mühafizə xidmətində də məvaciblərin gecikdirilməsi, guya kim(lər)insə istəyinə uyğun olaraq bu prosesin ertələnməsi və ya qabağa salınması praktiki cəhətdən mümkün deyil”.
Oxunub: 856