Bir çox rayonlara sərnişinləri daşımaq üçün avtobus tapılmır. Yüzlərlə sərnişin vağzalda qalıb, avtobus tapıb, mənzil başına gedə bilmirlər. Kimi biletini alıb, yol tədarükünü gördüyü, yola hazırlaşdığı, kiminin də saatlarla avtovağzalda dayanıb, avtobus gözlədiyi müşahidə edilir.
Digər bir problem isə avtobus biletlərinin öz qiymətindən 2-3 manat baha satılmasıdır ki, bayram günlərində bu hallara daha çox rast gəlinir.
Bakı Beynəxalq Avtovağzal rəsmi kimi özünü təqdim edən şəxs Unikal.org-a bildirib ki, dünən sərnişin sayı çox olduğu üçün bu gün bu problem yaşanır: “Ola bilər avtobus sürücüləri yorğun olduqları üçün geri qayıtmayıblar. Qiymət artımından isə söz gedə bilməz”.
Misal üçün səhər saat 6:00 Bakıdan Lənkərana getmək üçün avtobus gözləyən sərnişinlər vurğulayıblar ki, iki saata yaxındır ki, vağzalda qalıblar. Amma avtobus isə yoxdur.
Qeyd edək ki, hər bayram ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yayıb.
Amma görünür, deyilənlər elə söz olaraq qalır.
Oxunub: 286