AXCP sədri Əli Kərimli bayramqabağı məhbus ailələrini ziyarət edib.
O dünən AXCP sədrinin müvaini Gözəl Bayramlının, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin, gənc fəal Fuad Əhmədlinin və “Nida”çı İlkin Rüstəmzadənin, bu gün isə AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Seymur Həzinin, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ailəsi ilə bayramlaşıb. Bundan başqa, partiyanın yerli şöbələri də rayonlardan olan siyasi məhbuslar Murad Adilov, Elçin İsmayıllı, Ziya Əsədli və Elnur Fərəcovun ailərinə baş çəkib. 10 mart mitinqinin təşkilatçısı kimi inzibati qaydada həbs olunmuş 6 nəfər də diqqətdən kənarda qalmayıb. Bu gün partiya üzvləri onların ailələrini də ziyarət ediblər.
Ə.Kərimli bununla bağlı öz FB səhifəsində belə yazıb: “Vicdan məhbusu olan dostlarımızın evlərindən, ailələrindən uzaqda, məhbəsdə saxlandığı hər gün haqsızlıq, ədalətsizlikdir. Ancaq təsəllimiz odur ki, mərd mübarizə dostlarımızın özləri kimi, ailələri də çox möhkəmdir. Məhbus dostlarımıza və bütövlükdə xalqımıza azadlıq və daha gözəl bayramlar arzulayıram.”
Oxunub: 580