“Tesla”nın səhmdarları şirkətin rəhbəri Elon Maska fantastik məbləğdə maaş təyin edib. “Bloomberg” xəbər verir ki, bundan sonra Mask indiyədək heç bir top-menecerin almadığı qədər – ildə 2,6 milyard dollar əmək haqqı alacaq.
Qərarın lehinə səhmdarların 73%-i səs verib. Onlar hesab edirlər ki, yüksək maaş diqqəti əsas işə – süni intellektin yaradılmasına cəmləşdirməyə kömək edəcək.
Səhmdarların bu qərarından sonra “Tesla”nın səhmləri 1,9% bahalaşıb.
Oxunub: 750