Bu il fevralın 1-nə əsasən, Azərbaycanda 23,6 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyən işçilərin 4,4 min nəfəri dövlət, 19,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında ilin əvvəli ilə müqayisədə 100 nəfər azalma qeydə alınıb.
Bu müddətdə özəl sektorda işçilərin sayı dəyişməyib, azalma dövlət sektoru hesabına baş verib.
Oxunub: 148