Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.
Bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur.
***
Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnaya vişnya” ticarət-əyləncə mərkəzində (“Qış albalısı”) baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
“ria-novosti”nin verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
a 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.
Oxunub: 1282