Suriyanın Dəməşq əyalətini yaraqlıların atəşə tutması nəticəsində 27 nəfər həlak olub.
Bunu Rusiyanın Suriyada düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuri Yevtuşenko deyib.
“Gün ərzində silahlı birləşmələrin yaraqlıları Dəməşqin Muhayyam əl-Yamuk rayonundan paytaxt məhəllələrini 6 dəfə atəşə tutublar, 13 mina atılıb. 27 nəfər ölüb, 58 dinc sakin yaralanıb. Dağıntı var”, – deyə o bildirib.
Oxunub: 176