Britaniya bütün dünyada şübhəli rusiyalı casuslalrın kütləvi qovulmasını “dönüş nöqtəsi” adlandırıb. Rusiya isə bu prosesin Birləşmiş Ştatların “böyük təzyiqi” nəticəsində baş verdiyini deyir.
Rusiyalı diplomatlar İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsinə cavab olaraq qovulublar.
Martın 26-da 22 ölkə azı 116 diplomatın qovulması barədə qərar çıxarıb. İrlandiya da martın 26-da rusiyalı diplomatın qovulduğunu elan edib.
“Bu qədər ölkə heç birlikdə hərəkət edərək rusiyalı diplomatları qovmayıb”, – Britaniyanın xarici işlər naziri Boris Johnson “The Times”da yazıb. O bunu “Rusiya kəşfiyyatının uzun illər özünə gələ bilməyəcəyi zərbə” adlandırıb.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə Vaşinqtonu müttəfiqlərə diplomatları qovmaqdan ötrü “nəhəng təzyiq” göstərməkdə suçlayıb, cavab addımları atılacağını bildirib.
“Şübhəsiz, cavab verəcəyik! Heç kəs belə davranışa dözmək istəməz və biz də etməyəcəyik”, – Lavrov Özbəkistana səfəri zamanı deyib (azadliq.org).
Oxunub: 298