Azərbaycanlı şagirdin adı ilk dəfə “Forbes” jurnalının “30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib.
Dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıcısı 15 yaşlı Reyhan Camalova da var.
ABŞ prezidenti Donald Trampın qızı və onun Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın da iştirak etdiyi sammitdə çıxışında Azərbaycandan olan 15 yaşlı şagirdin nailiyyətini təqdirəlayiq hesab edib.
(apa)
Oxunub: 872