İngiltərənin Müdafiə naziri Gavin Villiamson Rusiya prezidenti Vladimir Putin haqqında kəskin fikir bildirib.O əlavə edib:
“Keçmiş rus agenti Sergey Skripalın zəhərlənməsində Putinin əli var.Ona görə də Putinə qarşı dünyanın səbri tükənir”.
Gavin Villiamsonun sözlərinə görə keçmiş rus agenti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində dünya birliyi İngiltərənin ehtimalını dəstəkləyir.Həmçinin, Avropa Birliyinin rəhbəri Donald Tusk Skripal və qızına qarşı həyata keçirilən kimyəvi hücumla bağlı bildirib ki, böyük ehtimalla bu planın arxasında Rusiya dayanır.Biz bu məsələdə İngiltərə Höküməti ilə həmfikirik deyə o sözlərini tamamlayıb.
Böyük Britaniyanın müdafiə naziri şübhəli mənşəli rusiya aktivlərinin həbsinə order verildiyini də bildirib.
azadlıq.info
Oxunub: 424