Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinə yekun vurulub.
Yarışın qalibi adını ABŞ-dan olan qrossmeyster Fabiano Karuana qazanıb.
O, XIV turda qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qalib gələrək, 9 xalla 1-ci yeri tutub. Bununla da Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə rəqib olub.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov isə qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib. Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb – 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. O, eyni xala malik rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşüb.
Oxunub: 22