Qubad İbadoğlu
Son 12 ildə büdcədən prezident ehtiyat fonduna 3 milyard 76 milyion 501 min 185 manat vəsait ayrılıb.
Bu ildə orta hesabla 236 milyon 635 min 937 manat edir.
Azərbaycanda dövlət büdcəsinin resursları bazasında formalaşan 2 ehtiyat fondu fəaliyyət göstərir. Dövlət büdcəsinin ehtiyat fondu üzərində sərəncam vermək hüququ Nazirlər Kabinetinə, prezidentin ehtiyat fondunun vəsaitlərindən istifadə üzərində sərəncam vermək hüquqi isə dövlət başçısına məxsusdur. Mərkəzi və Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiyanı əhatə edən 22 ölkənin təcrübəsi əsasında araşdırmalar göstərir ki, bu öplkələrdən yalnız Azərbaycanda və Gürcüstanda prezidentlərin ehtiyat fondu mövcuddur və hər iki ölkədə Fondun vəsaitləri üzərində sərəncam vermək üçün prezidentlərin müstəsna hüququna daxildir. 2013-cü ildə Azərbaycan prezidentinin ehtiyat fondu Gürcüstan prezidentiniun ehtiyat fondundan 73 dəfə çox olub.
Azərbaycanda prezidentin ehtiyat fondu 2006-cı ildən formalaşmağa başlayıb. O vaxtda indiyə qədər prezindent büdcədən ayrılan 3 milyard 76 milyon 501 min 185 manat vəsaitin üzərində sərəncam vermək hüququna malik olub. Bu dövrdə büdcənin ehtiyat fondu 2 milyard 702 milyon 4 min 218 manat olub ki. bu məbləğ də həmin dövrdə prezidentin ehtiyat fonduna ayrılan vəsaitdən 374 milyon 406 963 manat azdır.
Azərbaycan Respublikasının “ Büdcə sistemi” haqqında Qanununun 6.3. maddəsinə görə. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir Bu Qanunun 6.7 maddəsi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunda toplanan vəsaitin ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənməsini qadağan edir. Odur ki. şəkil bölməsində təqdim olunmuş cədvəldə ehtiyat fondalarının seçki ilindəki məbləğləri qırmızı ilə fərqləndirilib.