Rusiyada defoltların, bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq 8 min 966 nəfərə yüksəldiyi bildirilib.
Moskvada fəaliyyət göstərən Birləşmiş Kredit Bürosunun məlumatlarına görə, Rusiyada iflas riski yaşayanların sayı 2018-in ilk rübündə 6% artıb.
Ölkədə iflas edənlərin sayı həmin dövrdə 2017-ci illə müqayisədə 50 faiz artaraq 8 min 966 nəfərə yüksələrkən, ən çox iflas 757 nəfərlə Moskvada baş verib.
Neftin qiymətinin aşağı düşməsi və Qərb ölkələrinin sanksiyaları səbəbindən iqtisadiyyatı çətin günlər keçirən Rusiyada 2015-ci ilin Oktyabr ayından bu yana rəsmi rəqəmlərə görə 59 min nəfər iflas edərkən, statistik baxımdan Rusiyada hər 100 min adamdan 40-ı iflas edir.
(merja)