Əli Kərimli: “Daha kütlәvi vә qalibiyyәtli mübarizә hәlә qarşıdadır!”
Milli Şura Müsavatla birgә keçirdiyi mitinqlәrin növbәtisini tәyin edib. Mitinq aprelin 14-dә, seçkidәn sonrakı ilk şәnbә günü keçirilәcәk. Bu barәdә AXCP sәdri Әli Kәrimli feysbuk sәhifәsindә mәlumat yayıb:
“Əziz həmvətənlər, sizə güvənərək mitinqlərə davam qərarı verdik. Növbəti mitinqimiz saxta seçkilərdən dərhal sonra – 14 apreldə, saat 15-də, “Məhsul” stadionunda keçiriləcək. Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara yox deyəcəyik. İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq, onun özgüvənini sarsıdacaq. Qətiyyən! Daha ciddi, daha kütləvi və qalibiyyətli mübarizə hələ qarşıdadır!”