Mətbuatda ermənilərin tarixi abidələrimizə sahiblənməsində AMEA Arxeologiya ve Etnoqrafiya İnstitutunu ittiham edən gənc alim Səbuhi Hüseynov institutun rəhbərliyi tərəfindən ciddi hücuma məruz qalıb. Bununla bağlı o, sosial şəbəkədə böyük yazı paylaşıb. Yazını olduğu kimi təqdim edirik:
-Bu gün AMEA Arxeologiya ve Etnoqrafiya İnstitutunun rəhbərliyində yer alan, elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli sosial şəbəkələrdə yazılarıma cavab olaraq “Erməni arxeoloqların yalanları ifşa edildi” başlıqlı Xəzər xəbərə aşağıdakı videoda gördüyünüz müsahibəni veribdir. Müsahibəyə baxıb Siz də bu suala cavab tapın. Erməni arxeoloqlarına necə cavab veriblər ki? Mən anlamadım. Sovet dövründə aparılan qazıntıların son 10 ildə aparılan qazıntılara nə dəxli var onu da anlamadım. Müsahibədən aşağıdakılar aydın olur: 1) Sosial şəbəkədə yazılarım və fikirlərim bir institutun rəsmi nümayəndəsinin öz ağzından “əslində erməniliyi təbliğ etmək” kimi qiymətləndirilir. Nə üçün? Sizin yaxşı işləmədiyinizə dair faktlar gətirəndə artıq erməniliyi təbliğmi edirik? Yoxsa bu elə sizin rəhbərlik etdiyiniz institutda qoyduğunuz yazılmamış qanunlardan biridir? “Sizin istədiyinizi söyləməyən erməniliyi təbliğ edir” qanunu!!! 2) Arxeologiya və Etnoqrafiya Institutunun elmi işlər üzrə direktor müavini Haaqa Konvensiyasına toxunaraq ermənilərin onun maddələrini pozduğunu deyir və Haaqa konvensiyasının 2-ci protokolunun 1992-ci ildə qəbul edildiyini söyləyir. Mən elmi işlər üzrə direktor müavininə məsləhət görürəm, Haaqa Konvensiyasının 1954-cü il protokolu və onun 2-ci protokolu olan 1999-cu il protokolunu nəzərdən keçirsin. Hətta mənim ixtisasıma aid olmasa belə deməliyəm ki, 2-ci protokol 2004-cü ilə qədər ratifikasiya edilıib. Ümumiyyətlə, arxeoloji qazıntı və tədqiqatlarla məşğul olan bir təşkilat elmi yollarla ermənilərlə mübarizə aparmağı yaxşıdır. Konvensiyanın hüquqi qiyməti, onun pozulması və bu qanunsuzluğa qarşı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi öz işini aparır. Çünki Beynəlxalq hüquq və diplomatiya onların işidir. Bu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyində yer alan elmi işlər üzrə müavinin açıqlaması olmamalıdır. Çünki beynəlxalq hüquqda bu konvensiyalar onların qəbul olunması və ratifikasiyası məsələləri çox çətin və uzun prosesdir. Bunu beynəlxalq hüquq üzrə mütəxəssislərimiz daha yaxşı bilir. Arxeoloq bu sahədə səhv edə bilər. Necə ki, 7 il sonra qəbul ediləcək bir protokolu 1992-ci ilə aid edirsiniz. 3) Deyirsiniz ki, Qarabağda aparılan qazıntıların nəticələri nüfuzlu elmi jurnallarda çap edilib. Mən Sizə Azıxla bağlı açıqlamamda da söylədim ki, İnstitutun bu günə qədər impakt faktorlu jurnallarında Qarabağla bağlı məqalələri yoxdur. Əgər varınızdırsa buyurun, ictimaiyyətə açıqlayın. Rəsmi rəqəmləri deyin. 4)Qarabağda bir ya iki ekspedisiyanın adını çəkməklə böyük işlərin görüldüyünü demək bu qədərmi asandır? Mən Azərbaycan Arxeoloqlarının arxeoloji qazıntılarda bir neçə il öncə apardıqları işləri qəhrəmanlıq sayıram. Ona görə, ki o dırnaq arası”şəraiti” ki, institut rəhbərliyi olaraq Siz onlara yaratmısınız, məhz bu dırnaq arası “şəraitdə” işləyən arxeoloq da elə qəhramandır. 5) Müsahibənizdə göstərdiyiniz abidələrin elektron xəritəsi layihəsinin rəhbəri mənəm. Layihənin sifarişçisi isə Virtual Qarabağ İKT Mərkəzidir. Mənim layihələrimi artıq üçüncü dəfədir özümə cavab vermək üçün istifadə edib, özümü də erməniliyi təbliğ etməkdə günahlandırırsınız. Mən bu layihəni mətbuat önündə öz çıxışımla təqdimatını belə etmişəm. Mən, Azıxla bağlı açıqlamamda Siz institut rəhbərliyində yer alan insanlara Azıxla bağlı suallarımı da ünvanlamışam. Buyurun… bu suallarin cavabini mən yox, qarshisinda bir elmi t əs hkilatin rehberleri kimi mesuliyyet dashidiqiniz her bir azerbayca vetendashi isteyir.
P.S. Erməniliyi təbliğ etmək, erməni siyasətinə qarşı elmi mübarizə aparacaq bir institutu məhv etməkdən ibarətdir. Bunu isə çox gözəl bacarmısınız. Əgər bu gün öz layihəmi institut layihəsi kimi bu müsahibənizdə mənə və ictimaiyyətə sırımağa cəhd edirsinizsə, demək mübarizəni siz yox mən aparmışam.
Oxunub: 848