“Bir neçə statusda və müzakirələrdə Məhəmməd Əmin Rəsulzadənin guya faşist Almaniyası ilə əməkdaşlıq etməsi barədə sərsəm və əsassız iddialara rast gəldim. Bu saxta və pisniyyətli propaqanda tarixdən bixəbər adamları yanıltmaq üçün ortaya atılır.
Rəsulzadə heç vaxt Hitler Almaniyası ilə əlaqəli olmayb.
-SSRİ hərbi kəşfiyyat xidmətinin 1944-cü ildə alman-faşistlərlə əməkdaşlıq edən Qafqaz mühacirləri haqqında hazırladığı və SSRİ xarici işlər naziri Molotova təqdim etdiyi adbaad hesabatda “Abver”lə (faşist kəşfiyat xidməti) əməkdaşlqı edənərin arasında Rəsulzadənin olmadığı qeyd olunub.
-1943-cü ildə Azərbaycan legionları qarşısında məşhur çıxışında Əmin bəy azərbaycanlı legionerləri öz azadlığı uğrunda vuruşan xalqlara qarşı silah qaldırmamağa çağırıb. Çıxışında deyib: “Avropa xalqlarının azadlığını və siyasi müstəqilliyini əlindən alan nasist Almaniyası heç vaxt Azərbaycana müstəqillik verməyəcək”. Bu çıxış Vermaxtın Şərq nazirliyində böyük ajiotaj yaradır və Rəsulzadəni legionlarla əlaqələri qadağan olunur və Əmin bəy Almaniyanı tərk edib Buxarestə gedir. Alman vermaxtının bütün cəhdlərinə baxmayaraq Rəsulzadə faşist rejimi hər hansı əlaqə qurmaqdan qəti sürətdə imtina edir.
Onun milli legionlarl ziyarət etməsi ilə azərbaycanlı əsirləri ölümdən xilas olunması üçün kömək etmək cəhdi idi.
Böyük Kişiyə böhtan atmayın!”