İllərdir Rusiyaya bir sıra sanksiya tətbiq edən ABŞ, Rusiya rəhbərliyini cəzalandıracaq ən aqressiv sanksiya qərarlarından birini açıqlayıb.
Aralarında Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan adların da olduğu yeddi Rus oliqarxı, 17 hökumət səlahiyyətlisi və 12 qurum sanksiyanın əhatə dairəsinə daxil edilib.
Sanksiya tətbiq edilən şəxs və qurumlar, ABŞ-ın 2016-da Prezident Seçkilərinə müdaxilədə, Krımın ilhaqı, Şərqi Ukraynadakı şiddət və Əsəd rejiminə silah dəstəyi təmin etməklə günahlandırlır.
Ekspertlərə görə, sanksiya qərarı başda alüminium, enerji və maliyyə olmaq üzrə Rusiya iqtisadiyyatına ağır zərər verə bilər.
Sanksiya tətbiq olunan dövlət vəzifəliləri arasında isə “Gazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, VTB Bank-ın İdarə Heyətinin sədri Andrey Kostin, Qazprom-un İdarə Heyətinin Sədri Aleksey Miller də yer alır.
Hələ bir-neçə il əvvəl jurnalist araşdırmaları ilə sübut olunub ki, VTB-də Əliyevlərin böyük payı var. Məhz bu amil VTB-nin Bakıda filial açmasına səbəb olub.