Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD, AYİB ) 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 225 mln. avro və yaxud 7,99% artaraq 2018-ci il martın 1-nə 3,042 mlrd. avro təşkil edib.
Verilmiş borclarda özəl sektorun payı 7 faiz bəndi azalaraq 26% olub.
Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və ilin əvvəlində olduğu kimi 165 olaraq qalıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 139 mln. avro və yaxud 7,02% artaraq 2,119 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 152 mln. avro və yaxud 21,78% böyüyərək 850 mln. avro olub.