ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində kimyəvi silahların istifadəsi ilə bağlı yayılan məlumatlarla əlaqədar 24-28 saat ərzində bu ölkənin hakimiyyətinə qarşı hərbi güc tətbiq edib-etməyəcəyinə dair qərar verəcəyini bildirib.
“Bu, barbar, dəhşətli bir hücumdur. Bu baş verməməli idi. Biz aydınlaşdıracağıq ki, bunu Rusiya, Suriya, yoxsa İran edib. Bəlkə, onlar bunu birgə ediblər”, – prezident deyib.