Fransanın mәhşur Le Monde qәzeti Leyla Yunusun seçkilәrlә bağlı mәqalәsini yayımlayıb.
Hollandiyaya sürgün olunmuş Barış vә Demokratiya İnstitunun rәhbәri, hüquq müdafiəçisi Leyla Yunus 11 aprel tarixində keçiriləcək prezident seçkilərini qınayıb. O, Әliyevlәrin 1993-cü ildən hakimiyyәtdә olduqlarını vә o zamandan etibarәn Azәrbaycanda demokratik seçki keçirilmәdiyini bildirib.
(2014-ci ildən Leyla və Arif Yunus cütlüyü vә bir sıra insan hüquqları fәalları hәbs edilmişdi. Leyla Yunus vә hәyat yoldaşı 7 il müddәtinә azadlıqdan mәhrum edilmişdi. 2015-ci ildә Beynәlxalq tәzyiqlәrdәn sonra Leyla Yunus vә Arif Yunus sәhhәtlәrindә yaranan problemlәr sәbәbindәn azadlığa buraxıldılar. Hal-azırda Hollandiyada yaşayırlar.)
Fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də erkən prezident seçkilərinin keçiriləcəyini elan etdi. Seçki ilk olaraq oktyabrın 17-nə planlaşdırılırdı. Bu qәrar ölkədə və xaricdə sürpriz yaradan bir xəbər oldu. Həqiqətən, 2016-cı ilin oktyabrında prezidentin sərhədsiz yeddi il müddətinə seçilməsinə imkan verən konstitusiya dәyişikliyindәn bir gün sonra İlham Əliyev mətbuatda bəyan etmişdi ki, seçki tarixini dəyişdirməyi planlaşdırmır vә seçki 2018-ci ilin oktyabr ayına planlaşdırılır. Bir il sonra, 2017-ci il dekabrın 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 oktyabr tarixini prezident seçkilәri günü kimi təsdiq edib.
azadliq.info