“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və onunla bigə ittiham olunan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə müxtəlif müddətlərə azadlıqdan məhrum edilən daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev Cəzaçəkmə Müəssisələrinə köçürülüblər.
Kərbəlayi Elçin Qasımov, Hacı Nahid Qəhrəmanlı və Seymur Aslanov 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Fərhad Muradov, Seyfəddin Şirvanov və Elgün Axundov 11 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Vüsal Alışov, İsa İbrahimov və Ramin Əliyev 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Ağa-Əli Yəhyayev, Əmirəli Əliyev və Əli Şahbazov 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bakı Ağır Cinasyətlər Məhkəməsində Mayıl Bayramovun sədrliyi ilə hakimlər kollegiyasının hökmünə əsasən Elçin Qasımov və Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimovun hər biri 12 il 6 ay, Ramil Əliyev, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev isə 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Elçin Qasımov isə Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunublar.
Azadliq.info