Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.
Bildirilir ki, Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması qətnaməsi səs çoxluğu qazanmayıb. Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasında keçirilib.
Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.
Rusiya qətnamə layihəsində koalisiyanın hərəkətlərini pisləyib və ABŞ-dan, onun müttəfiqlərindən Suriya əleyhinə təcavzükar münasibətə dərhal son qoyulmasını, habelə BMT nimzamnaməsi və beynəlxalq hüququn pozulması ilə gücdən istifadə edilməməsini tələb edib.