Bu gün Zabrat qəsəbəsində keçən il 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə ölən blogger Mehman Qələndərov məzarı başında anılıb. Hüquq müdafiəçiləri, ictimai və siyasi fəallar onun ölümü ilə bağlı fikirlərini bölüşüblər. Çıxışçılar onun qəsdən öldürülməsi qənaətində oluğunu bildirərək, gələcəkdə bu və bu kimi bütün cinayətələrin üstünün açılacağına ümidli olduqlarını qeyd ediblər.
Daha sonra mərasim evlərinin birində ehsan verilib, mərhumun ruhuna dualar oxunub.
Xatırladaq ki, Mehman Qələndərov ötən il Qiyas İbrahimli və Bayram Məmmədova dəstək üçün Hedər Əliyevin heykəli önündə aksiya keçirdikdən sonra narkotik ittihamıilə həbs olunub. Həbsindən iki ay keçməmiş istintaq təcrdxanasında dünyasını dəyişib. Təcridxananın yaxınlığındakı qəbiristanlıqda heç kimin xəbəri olmadan dəfn olunub. Hüquq müdafiəçiləri bir neç gündən sonra onun məzarını tapıb hadisəni ictimailəşdirib.
Hakimiyyət orqanları isə Mehman Qələndərovun istintaq təcridxanasında özünü asaraq intihar etdiyini bildirib .
Azadlıq.info