Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.
Aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.
O, bir həftə qabaq səhhətində yaranan problemə görə özəl klinikalardan birinə yerləşdirilib. Dünən axşam saatlarında isə aşığın vəziyyəti kəskin pisləşib və komaya düşüb.
A.Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.