Sabiq AXCP üzvü, 1992-93-cü illərdə Gədəbəyin icra başçısı işləmiş Saleh Rüstəmovun həbs edildiyi haqda məlumat vermişdik. İndi bəlli olur ki, mayın onunda onun qardaşı oğlu Vidadi Rüstəmli də Bakının Nərimanov rayonu ərazisində saxlanılıb.
Vidadinin atası Valeh Rüstəmli Amerikanın Səsinə bildirib ki, oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.