Avropa Birliyi liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatmaq qərarına gəliblər.
Bu sanksiyalar 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə tətbiq edilib.
Razılaşma Avropa Birliyinin iyunun 29-da Brüsseldə keçirilən sammiti çərçivəsində əldə olunub.
Liderlər həmçinin Rusiyanı, 2014-cü ildə Ukraynanın şərqində, Donbas üzərində “Boinq” sərnişin təyyarəsinin vurulmasına görə cavabdehliyi etiraf etməyə, habelə həqiqətin tam üzə çıxması və cavabdehlərin cəzalandırılması üçün əməkdaşlıq etməyə çağırıblar.