Parlamentin son iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.
Dəyişikliyə əsasən sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum isə 17 manatdan 25 manata qaldırılıb.
Bir sıra başqa sahələr və xidmətlər üzrə də dövlət rüsumları artırılıb.