Bakının Nizami rayonunda yerləşən avtomobil cərimə meydançasında yanğın baş verib. Nəticədə dayanacaqdakı avtomobillərin çoxu yanıb. İlkin məlumatlara görə onların sayı 50-ə yaxındır. Yanan maşınlar arasında “BMW”, “Niva” və Vaz 2106-07 də var. Onların bəziləri istifadəyə yararsız olub.
Hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib.