Sentyabrın 28-də Düşənbədə MDB dövlət başçıları Şurasının iclasında Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında qısa söhbət olub.
Bu barədə Paşinyan öz Facebook səhifəsində yazıb. O, Yerevana gəldikdən sonra Əliyevlə söhbəti haqqında ətraflı danışmağı vəd edib.
Eyni zamanda, Youtube-da sammit iştirakçılarının şəkil çəkdirməsi mərasimindən sonra iki liderin söhbəti anının görüntüləri yerləşdirilib.
Azərbaycan tərəfi hələlik bu məlumatla bağlı şərh verməyib(Turan).