Göygöl rayon sakinləri kimdən şikayətçidir?
Göygol rayonu Kürdalllar kəndi ötən əsrin ortalarından köçürülsə də sakinlərin kəndlə əlaqəsi kəsilməyib. Öz ata-baba torpaqlarına daim gedib gəliblər. Orada heyvandarlıqla məşğul olub, bağ-bağat salıblar. Kəndin ərazisindəki 700 hektardan artıq torpaq sahəsinin ayrı-ayrı şəxslərə satıldığı bildirilir. Ondan cəmi 210 hektarı kəndin keçmiş sakinləri və onların övladlarının təşəbbüsü ilə yaradılan fermer təsərrüfatına verilib. Lakin bu məsələdə bəzi məmurların peşmançılığı ortaya çıxıb. Həmin torpaqların fermer təsərrüfatını 15 illik icarə müddətinin bitməsinə 3 il qalmış müqavilə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən pozulub. Müqvilənin pozulmasına səbəb kimi göstərilən əsas (bəzi sakinlərin etiraz ərizələri) əslində saxtalaşdırılıb. Bu barədə məlumat verən sakinlər qeyd ediblər. Onlardan bəziləri aldandıqlarını etiraf ediblər. Rayon İçra Hakimiyyətinin birinci müavini Turani Əliyevin bilavasitə rəhbərliyi ilə toplanan imzaların əksəriyyəti kəndə getmək üçün hərbi postdan keçmək və yol çəkilməsi məqsədi adı ilə alınıb.
Kürdallar kəndinin sakinləri öz kənlərinin statusunun bərpa olunması istəyindədirlər. Məsələ ilə bağlı ötən əsrin 70-ci illərində cəhd olunub. Sakinlərin bildirdiyinə görə o zaman Azərbaycan SSR Ali Sovetinin qərarı da olub. Lakin qərar icra olunmayıb.
Onu da qeyd edək ki, deyilən ərazilərə yaxın Azərbaycan Ordusunun düşmənlə üzbəüz təmas xətti yerləşir. Bu məsələnin həlli əsgərlərimizə yaxın yerdə mülki əhalinin yaşaması həm onların məsuliyyətini artırar, həm də onlara ruh verər. Bu haqda da Kürdallar sakinləri bildirib.
Məsələ ilə bağlı Kürdallar kəndində doğulmuş şəxslər və onların övladlarından ibarət 92 nəfər Göygöl rayon sakini aidiyyatı qurumlara rəsmi müraciət ünvanlayıb. Rayon İcra hakimiyyəti başçısının qəbulunda olan sakinlərə isə bildirilib ki, onların müqaviləsinin ləğv olunması şəxsən İçra başçısı Arif Seyidovun sərəncamı ilə olub.
Məsələ ilə bağlı rəsmi qurumların mövqe bildirmək hüququ saxlanılır.
azadliq.info