AXCP Gənclər Komitəsi Xətai şöbəsinin sədri, siyasi məhbus Fuad Əhmədli yenə cərimə kamerasına (“kars”) salınıb. Bu barədə onun atası Zəfər Əhmədli məlumat paylaşıb.
F.Əhmədlinin karsa salınmasının səbəbi bəlli deyil. Ailə üzvləri F.Əhmədlinin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinə gedib, onunla görüşdükdən sonra ətraflı məlumat verəcəklərini deyirlər.
F.Əhmədli bundan əvvəl də bir neçə dəfə “kars”a salınıb.