Zümrüd Yağmur
Və bacarır… Ona görə yox ki, o yuxarı növ millətdi və onların damarlarında mavi qan axır. Ona görə də yox ki, onlar bizdən üstündü. Yaxşı və ya pis xalq yoxdu. Yanaşmaları pis və ya yaxşı olan xalqlar var…
Fransa xalqı 19-cu yüzildə öz pis yanamasından imtina etdi, bizsə o zaman hələ də uşaqlarımızı samanlıqda gizlədib əsgərlikdən saxlayırdıq. Niyə, çünki o pis yanaşmalarımızdan, şüurumuzdan əl çəkmirdik. Fransızlar onlara azadlığın yolunu göstərənlərin sözünü dinlədikcə kralı gözündə kiçıltdi, biz hələ çinovnikdən, uryadnikdən qorxumuzu dəf edə bilmədik…
Nəticədə 21-ci yüz ildə onlar Makronu da sıradan məmur görür ki, doğru olan da budur.
Bizsə, hələ də prezidentə padşah kimi baxırıq. Niyə, çünki yanamamızdakı naqislikdən bərk yapışmışıq. “Padşahla padşahlıq etməyəcəm” düşüncəsi beynimizdə oturub qurd kimi cəsarətimizi gəmirir.
Bu gün Parisin küçələridə insanlar mitinq edir və Makron onlara “anti-milli” ünsür filan da deməyəcək, çünki fransa xalqı bunu özünə rəva görməz, dedirtdirməz. Amma İlham Əliyev əsgər ölümlərinə “yox” deyənlərə anti -milli ünsür dedi və bu aksyanın təşkilatçısını da həbs etdi. İlkin illərdir məhbusdu. Niyə? Çünki Azərbaycan xalqı buna imkan verdi, təhqiri sinəyə çəkdi və onun yanasmasındakı “böyüklə böyüklük edilməz” düşüncə tərzi köləlik, “başını aşağı sal çörəyini qazan ” yanaşmasısa susmağı aşılayıb.
Kralı gül-çiçəklə qarşılayan fransızlar “o məndən heç nəyi ilə üstün deyil” deyə bildi və bunu sorğuladı, bu sorğulama da ona imkan verdi ki, krala tabe olmaqdan, üzünə irişməkdən imtina etsin.
Amma Azərbaycan xalqı hələ də məmurun üzünə irişir, hələ-hələ arxasından söydüyü məmurun üzünə irişmək indi daha adi hal alıb. “Ulağa dayı de, çayı keçənə qədər” yanaşması yəni…
Amma fransız xalqı “dayı” deməkdən imtina etdikdən sonra məhz çayı rahatlıqla və istədiyi vaxt keçir.
Azərbaycan xalqısa bu yalançı “dayı” və “salam” yanaşması ilə nəinki çayı keçməyib, caya belə cata bilməyib.
P.S. Hamı fransa xalqının minitq “kefindən” yazanda bunu düşünsün.
Pis yanaşmalarımızdan necə əl çəkməyin yollarını tapsın… Əminəm, 19-cu yüzillikdə fransız Pyer donuz otaranda nə düşünürdüsə, Azərbaycanda Həsən də qoyun otaranda eyni şeyi düşünüb arzulayırdı. Yaxşı güzaran… Fransız Pyerə Didro söz deyəndə arzusu xəyal olmaqdan çıxdı, söz sahiblərinin arxasınca getdi, bizdəsə söz sahiblərinin nəşi ortada qaldı. Həsən ateistdi, dindardı, “gavurun” papağından geyinən intiligentdi deyib heç kimi bəyənmədi.
Tam bu günün mənzərəsi yəni…
Beləcə… Fransız xalqı bizə görə hər zaman kef edib. Edir də, amma təkçə kef etmir, həm də mitinq edir. Elə əsl kef də budur…
Azadlığının dadını çıxarmaq.
Bəs biz nə edirik!? Heç nə, büdcədən oğurlanmış pulların hesabının dedi-qodusu ilə məşğuluq, o qədər!
Çünki nəşi ortada qalan söz sahiblərinin indi sözünü belə gömməklə məşğuluq…
Heyf sənə kef, (azadlıq) biz sənin dadını bilmədik!
Yazı müəllifin Facebook səhifəsindən götürülüb