![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2019/12/messi-qiziltop.jpg)
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının yeni sahibi müəyyənləşib. Bu, İspaniyanın “Barselona” klubunun və Argentina millisinin hücumçusu Lionel Messidir. O, 6-cı dəfə bu nüfuzlu mükafata sahib çıxıb.
İngiltərə “Liverpul”unun hollandiyalı müdafiəçisi Vircil van Deyk ikinci, İtaliya “Yuventus”unun portuqaliyalı forvardı Kriştianu Ronaldu üçüncü yeri tutub.