AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Biz onu meydanlarda açan bir fidan olaraq gördük.
O fidan azadlığın nərgiz ətrini polisin, qovhaqovların qasırğa kimi əsib keçdiyi, insanların başına enən dəyənəklərin zülmün qılıncı kimi amansızcasına hökm etdiyi meydanlarda, bir bahar mehi kimi əsdirirdi.
O zorakılığıın, mütləq hakimiyyət ehtirasının əfi ilan kimi millətin ümidlərinə, arzularına dolanıb əzilən xalqın ruhuna zəhər buraxdığı bir zamanda, öz zərif vücudu ilə məzlumların azadlıq, xoşbəxtlik diləklərinin sınmaz iradəsini təcəssüm etdirirdi.
Xalq deyilən durğun dənizin sahilə vuran ləpələrini, öz bahar nəfəsi ilə üfürüb, şahə qalxan dalğalar qaldırmaq, zamanın özünün belə durğunluğa məhkum oluduğu Azərbaycan adlı məmləkətin ətalət girdabından şıçrayıb coşğulu dənizdə, aydın bir sabaha yelkən açmaq istəyirdi Nərgiz.
Nərgizin səsində yüksələn azadlıq harayı, şərin əsgərlərinin qarşısında bayraq kimi qalxan düyünlnənmiş yumruğu, , öz cismində çarmıxa çəkilmiş ruhları qorxu kabusuna qarşı üsyana, dirənişə çağırırdı.
O Nərgiz idi. O idi xoşbəxtliyi əlindən alınmış, sevgisi və sevinci dərd və iztirab bataqlığında qəhr olmuş, dilində sözünə qandal vurulmuş, haqqı hüququ qiymət biçilrək özümə satılan xalqın ümid közərtisinin işığını qaranlıq çökmüş qəlblərə daşıyan, arzularını qadağan olunmuş meydanlarda haraya çevirən.
Əli dəyənəkl, qalxanlı şər keşikçiləri qarşısında onun qolları gücsüz idi, vücudu zəif idi, fəqət haqqın verdiyi cəsarət, ədalətə təşnəlikdən doğan atəş, azadlıq sevdasının məcnunluğu onu hər dəfəsində meydanda məğlubedilməz edirdi.
O Nərgiz idi. Onun arzuları azadlıq , demokratiya, ədalət, dürüstlük idi. O arzularını bizə qoyub getdi. İndi bu arzularda, bu arzuların gerşəkləşməsi üçün aparılan mübarizədə, edilən fədakarlıqlarda yaşayır O.
Bu arzular gerəkləşən gün o da bizimlə birgə güləcək, o da əbədi məkanında rahatlığa qovuşacaq. Hələ ki, Nərgizin ruhu boş qoyduğumuz meydanıarda dolaşır.