AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Yəqin siz də eşitmisiniz, hansısa səbəbdən mübarizədə iştirak etməyən bir qism adamlar var ki, özlərinə haqq qazandırmaq üçün, “boş şeydir sözlə nə dəyişəcək ki” deyirər.
Min illərdir ki, insan cəmiyyətini dəyişən tək bir güc var, o da sözdür. Bütün yeni ideyalar, dəyişikiliklər öncə sözdən iibarət olublar. Bu sözlərə inam yarandıqca, sözlərin hökmü kralların hökmündən daha kəsərli olub. Sözlərlə milyonlarla insan zamanın buxovlarından qopub yeni həyat, yeni düşüncə, yeni qaydalar inşa ediblər.
Ona görə də bütün diktatorlar ilk növbədə doğru sözü boğmağa, yalan söz arxasında özlərini qorumağa çalışırlar. Çünki doğru sözlərin insanları tiryək kimi uyudan yalanları ifşa edib, onları qəflət yuxusundan oyandırdığını, zülmə alın yazısı deyib müti olanların qəlbinə inam, ümid toxumu əkdiyini, sönmüş ruhları mübarizə ehtirası ilə alovlandırdığını ilk növnədə tiranlar anlayır.
İki həftəyə yaxındır ki, xalqdan
təcrid edilən Əli Kərimlinin evində həbsi, həm də sözün həbsidir. İlham Əliyev onu sözünə görə bu təcridə məhkum edib. Çünki bəlağətlə cilalanmış doğru sözün lideridir o.
Onun sözləri həqiqətə təşnə olan, yalan və riyadan diksinmiş xalqı mübarizə çağırır, həqiqətləri bütün acı gerçəkliyi ilə hər kəsə göstərir. Təkcə bununla da qalmır, həqiqətin nu şəkildə deyilişi həm də bir cəsarət ruhu aşılayaraq, rejimin qorxu kabusununun tilsimlərini sındırır insanların nəzərində.
Bu günün onun təcridi əslində xalqın sözünün həbsi, milyonların ağzının tikilməsidir.
Ancaq nə Əli Kərimli məğlub olandır, nə də ki, doğru söz. Çünki xalq onu dinləməklə, onun dediyinə inanmaqla, əslində Əli Kərilinimlini özünə sözçü seçib.
İndi o təkcə bir partiyanın lideri deyil, həm də xalqın sözçüsüdür.
Onun sözünü kəsmək, xalqın dilini kəsmək kimi əbəs bir cəhdir.