Seymur Həzi
Prezident Kennedi Karib böhranı haqqında belə demişdi: “Biz SSR ilə uzun müddət bir birimizin gözünə baxdıq və birinci onlar gözlərini qırpdılar” Bəli, bu gün Əli Kərimlinin internetinin kəsilməsi, telefonunun bağlanması, cəbhəçilərin həbsi, Əli Kərimlidən müsahibə alan jurnalistlərin döyülməsi bizim makro siyasətimizdəki Karib böhranıdır. Əliyev Kərimlinin evinin qarşısına postlar qoyub. SSR-də ABŞ-ın burnunun dibinə gəmilər yeritmişdi. Nəticədə gözünü birinci qırpdı. Ona görə ki, siyasətinin gələcəyinə özü də inanmırdı. Xuruşşov SSR-nin daxilini bilirdi, psixoloji gücünü bilirdi. SSR-i zahirən güclü, eyni zamanda təhlükəli idi. Daxilən isə özünün hirslərinə uduzmuş, və zəif idi. Yaxına ümidi olmadığı halda uzağa iddia etmişdi. Bu isə bir az müqavimətlə üzləşəndən sonra tərəddüdə yol açmalı idi. Açdı da. Sivil dünya ABŞ-ın yanında idi. Çünki, SSR-nin öz yuvasından çıxması heç kimə yaxşı heç nə vəd etmirdi. Bu tünd sirkə axırda öz qabını çatlatmaqla, ABŞ-ı dəstəkləyən hər kəsi haqlı çıxardı. İndiki halda isə biz haqlı tərəfik. Qapımızın ağzına post qoyublar, amma sivil dünya bizim tərəfimizdədir. Bu tünd siyasət bizə nə etsə, özünə beş qatını edəcək. Bizim yeganə yolumuz əsəblərimizə hakim olmaq və səbrlə başımızı dik, gözümüzü açıq tutmaqdır. Onlar isə gec tez o postu oradan götürəcəklər. Lap bundan sonra bir neçə həbs olsa da. Bu heç nəyə yaramayacaq. Əksinə ortamı hərarətləndirib, tündlüyü artıracaq. Bu bir əsəb savaşıdır. Rəqiblərin əsəb savaşı. Səbrli olan qalib çıxacaq.