İlham Hüseyn
Sevinc Osmanqızına qarşı ən iyrənc kampaniyaya Mirşahin Ağayev start vermişdi. Hələ də bu “iyrənclik seriyası”nı davam etdirir. Amma Miriş ictimai-rəydə öz qiymətin alıb və onun nə danışmasının heç bir əhəmiyyəti qalmayıb.
Bugünlərdə isə gördük ki, Mirişin missiyasın Altay davam etdirməyə qərar verib. Özünü ziyalı kimi təqdim edən bu adam, Sevinc Osmanqızın fırıldaqçı adlandırıb. Hətta yazıb ki, Sevinc Mirşahinə rəhmət oxutduracaq. Tam səmimiyyətimlə deyirəm ki, Sevinc xanım bütün parametrlər üzrə cəmiyyət üçün Altaydan çox xeyirli və lazımlı adamdı. Sevinc xanım da xaricdə oturub, gic-gic layihələr hesabına pullar qazana bilərdi. Amma o həqiqətləri dilə gətirməyi, əzilənin yanında olmağı seçdi və buna görə pul qazanırsa, halal xoşu olsun.
Ümumiyyətlə, mübarizə insanlarını təslimçiliyə səsləyən, repressiyaya məruz qalanları qınayan adamın ziyalı kimi təqdim olunması ədalətsizlikdi. Hətta 1000 kilometr uzaqlıqda da, həqiqəti deməyə cəsarət etməyən, haqlının yanında dayanmağa hünəri çatmayan adamın, Sevinc xanıma dil uzatmağa mənəvi haqqı yoxdur. Sevinc Osmanqızı öz kanalı vasitəsilə yüzminlərlə insanı maarifləndirir, əzilənə tribuna verir, heç kimi təhqir etmədən vətəndaş mövqeyi nümayiş etdirir. Altay isə bu ölkədə yüzlərlə təhqirə və tənqidə layiq olan adam varkən, Sevinc xanıma təhqir yağdırır.
Əslində, indiki situasiyada Mirşahinə rəhmət oxutdurmağa ən potensial namizəd Altay özüdü. İşgəncə verənə “mıkk” eləyə bilmir, işgəncə faktların ictimailəşdirənə “cikk” eləyir.
Hamı təsdiqləyər ki, Sevinc xanımın təhqir olumması ən çox rejimin xoşuna gələr. Deməli, Altay uzaq ellərdə oturub, rejimi sevindirməklə məşğuldu. Gah mübarizə insanlarına lağ eləyir, gah təslimçiliyi təbliğ edir, gah da öz prinsipsizliyinə haqq qazandırır.
Müstəqil mətbuatın olmadığı bir ölkədə, müstəqil və baxımlı yutub kanalının olması böyük sərvətdi. Həqiqi ziyalı buna görə sevinər, səbəbkarlara təşəkkür edərdi.
Bu gün rejimin hədəfi Altaylar yox, Sevinclərdi. Çünki rejimə Sevinc kimi jurnalistlər yox, Altay kimi “ziyalı”lar lazımd. Altaylar avtoritarizmi təhdid etmir.
Bir dənə tənqidi status yazır, o biri statusunda isə mübarizə insanlarını hədəf seçməklə balans yaradır.
Mən Sevinc Osmanqızının vəkili deyiləm, şəxsi tanışlığım da yoxdur. Heç Altayla da şəxsi tanışlığım yoxdur.
Sadəcə olaraq kənardan baxanda bitərəf qalmaq olmur. Aydın görünür ki, Altaylardan yardım gözləmək olmaz, Sevinclər isə quyuya düşənlərə kəndir atmaqla, öz insanlıq borcun yerinə yetirir.
Quyuya kəndir atan adama daş atmaq, çox böyük naqislikdi.